AZ

Türkiyəli fermer Xocalı soyqırımı qurbanlarının xatirəsini tarlasında yad edib

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Kırklareli vilayətində bir fermer irimiqyaslı hərflərlə tarlasında torpağa iz salaraq “26 Fevral Xocalı 613 Şəhid - Unutma, Unutdurma” yazıb.

Hafta.az xəbər verir ki, Lüləburqaz rayonuna bağlı Evrensekiz qəsəbəsində kənd təsərrüfatı ilə məşğul olan Burak Tunçkol bununla Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. Tunçkol bunun üçün təxminən 5 saat vaxt sərf edib.

“Xocalı soyqırımı bütün insanlığın vicdanında dərin yaralar qoyub. Bu soyqırımın dili, dini, məzhəbi yoxdur. Ona görə də Xocalı qətliamı unudulmamalıdır. Bu dünyada hər kəsin rahat yaşamaq hüququ var. Xocalıda uşaq, qadın, yaşlı olmaqla 613 nəfər qətl edildi. Dünya isə bu qətliama səssiz qalıb”, - deyə fermer bildirib. /AZƏRTAC/

Seçilən
16
1
hafta.az

2Mənbələr