"Artıq öz texnologiyasını dizayn edən, öz proqram təminatını istehsal edən və məhsullarını bütün dünyaya ixrac edən bir Türkiyə var. Artıq dost, qardaş, müttəfiqlərin təhlükəsizlik ehtiyaclarını xahiş edildikdə qarşılayan bir Türkiyə var".
Newscenter.az xəbər verir ki, bunları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, indi "3T" modelini tətbiq edən, dünyada yüksələn bir Türkiyə var:
"Böyük qürur hissi ilə bildirmək istərdim ki, bu gün Türkiyə dünyada öz döyüş gəmisini inkişaf etdirərək dənizə buraxan 10 ölkədən biridir. Hər il müdafiə və aviasiya ixracında yeni rekordlar qırırıq. Hazırda müdafiə ixracına görə dünyanın 11-ci ən böyük ölkəsiyik.
2028-ci ilədək 11 milyard dollarlıq ixrac hədəfimizə nail olmaqla, müdafiə və aviasiya ixracında dünyanın ilk 10 ölkəsi sırasında olacağıq".
Süleyman