ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan yığmasındakı fəaliyyətimi başa vurduqdan sonra mənə müxtəlif təkliflər və məsləhətlər gəldi. İndiyə qədər müxtəlif səbəblərə görə bu variantların heç biri rəsmiləşməyib, ancaq mən yeni əməkdaşlıqlara hazıram".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının sabiq baş məşqçisi Fernandu Santuş Portuqaliyanın "Bola na Rede" nəşrinə verdiyi müsahibəsində söyləyib.
71 yaşlı mütəxəssis 2025-ci ilin sentyabr ayında AFFA tərəfindən istefaya göndərilib. Təcrübəli çalışdırıcı həmin tarixdən bəri müxtəlif iş imkanlarının mövcud olduğunu qeyd edib:
"Hələ də yeni iş təkliflərinə açığam. Səudiyyə Ərəbistanı çempionatı yüksək keyfiyyətə və beynəlxalq nüfuza malik real liqadır. Təbii ki, adım ətrafında müxtəlif şayiələr gəzir və mənə bir neçə müraciət olub. Lakin hazırkı məqamda onların mənbəyini açıqlamağım düzgün olmaz".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.