"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis Misli Premyer Liqasının 14-cü turundan təxirə salınmış oyunda üç cavabsız qolla qalib gəldikləri qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Qəbələ"dən bir az ehtiyat edirdik, yaxşı komanda olduğunu bilirdik. Sürətli hücumçuları var. Allaha şükürlər olsun ki, öhdəsindən gəldik. Komanda pis oynamadı".