AZ

Bakı-İrəvan münasibətləri normallaşdıqca Ankara-İrəvan əlaqələri gücləndirəcək - Fuat Oktay

Azərbaycan Ermənistan münasibətləri normallaşdırdıqca Türkiyə də rəsmi İravanla əlaqələri inkişaf etdirəcək.

Azreform.info xəbər verir ki, bunu  Türkiyə Böyük Millət Məclisinin xarici ​​​​əlaqələr komitəsinin sədri Fuat Oktay Milli Məclisdə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Türkiyə bütün qonşularla münasibətləri inkişaf etdirməkdə maraqlıdır:
"Bundan başqa, Azərbaycanla əlaqələrimiz getdikcə dərinləşməkdədir. Cənubi Qafqada sülh və sabitlik Türkiyə üçün prioritetdir. Uzun müddətdən sonra biz bölgədə sülhə nail olmuşuq. Türkiyə Azərbaycan və Ermənistan arasındakı əlaqələri dərinləşməsinin dəstəkləyir. TRIPP layihəsi də regionumuz üçün yeni iqtisadi imkanlar yaradacaq. Gürcüstandan başqa bütün region bundan faydalanacaq".

Mürtəza

Seçilən
4
7
azreform.info

10Mənbələr