AZ

Xarıbülbül Xocalı soyqırımının 34 cü ildönümü ərəfəsində Madriddə yenidən çiçək açıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 fevral, AZƏRTAC

Madridin Kral Nəbatat Bağı bu günlərdə xüsusi rəmzi məna daşıyan bir hadisəyə ev sahibliyi edir: Xarıbülbülün yenidən çiçək açması Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsinə təsadüf edərək bu ana xüsusi bir məna qazandırır.

Azərbaycanın İspaniyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bitki botanik dəyərindən əlavə, iki ölkə arasında dərin mədəni bağları da simvolizə edir. Nəbatət bağının direktoru Mariya-Pas Martin Estebanın sözləri ilə desək, bu gül “Azərbaycan təbiətinin Madridin qəlbində yerləşən cazibədar bir parçasıdır” və kolleksiyanın incilərindən biri kimi qeydiyyata alınıb. Beləliklə, Xarıbülbül həm qurbanların xatirəsinə ehtiramın ifadəsi, həm də Qarabağın azad edilmiş torpaqlarına qayıdan insanlar üçün ümid və sülh rəmzi kimi dəyərləndirilir.

Qeyd edək ki, bitki xüsusiyyətləri nəzərə alınaraq, Xarıbülbül çiçəyi Nəbatat bağında səhləbkimilər fəsiləsinin digər növlərinin yetişdirildiyi xüsusi istixanada saxlanılacaq və yaz ayları ərzində nəbatat bağının ziyarətçiləri, Madrid şəhərinin sakinləri və ölkəyə səyahət edən qonaqlar üçün nümayiş olunacaq.

Xatırladaq ki, Xarıbülbül 2023-cü ildə Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə İspaniyanın Madrid Kral Nəbatat Bağına hədiyyə edilib.

İspaniyanın Kral Nəbatat Bağı isə Kral Fernando VI tərəfindən 1755-ci il oktyabrın 17-də verilmiş sərəncamla Manzanares çayı yaxınlığında yaradılan, möhtəşəm biomüxtəlifliyi bir araya gətirən canlı muzeydir. Bağ 1781-ci ildə hazırkı yerinə - Təbiət Elmləri Muzeyinin yanındakı “Paseo del Prado”ya köçürülüb. Burada dünyanın bir çox regionlarından 5500-dən çox flora nümunəsinə rast gəlmək olar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
azertag.az

3Mənbələr