525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə seçkilərə qədər bitməsə, ikinci müddətə namizədliyini irəli sürəcək.
525.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
"Seçki məsələsini qaldıran hər kəsə deyirəm: baxın, mən dərhal hazıram. Seçkilər üçün təhlükəsizliyi təmin edin, həmin vaxt atəşkəsi təmin edin. Vəssalam", - Zelenski bildirib.
Ukrayna Prezidentinin sözlərinə görə, danışıqlar iki aylıq atəşkəsi təmin edə bilsə, seçkilər tamamilə mümkündür.
Əlavə edib ki, prezidentlik müddətinin uzadılması onun iradəsindən asılı deyil. Sadəcə olaraq müharibə səbəbindən müddət uzadılıb.
“Prezidentliyə namizəd olub-olmayacağımı bilmirəm. Əgər müharibə davam edərsə, bəli, mütləq. Əgər sülh olarsa, namizədliyimi irəli sürəcəyim məlum deyil”, - Zelenski söyləyib.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.