Aktual.az xəbər verir ki, fevralın 25-dən sərnişinlərin xidmətinə veriləcək 16 böyüktutumlu "Zhongtong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.