AZ

İkinci ali təhsil alanların NƏZƏRİNƏ: Tələbə krediti almaq üçün…

İkinci dəfə ali təhsil alan şəxslərin təhsil tələbə kreditindən yararlanıb-yararlana bilməməsi məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Bəs, ikinci dəfə ali təhsil alanlar təhsil tələbə kreditindən yararlana bilərlərmi?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi KONKRET.az-a açıqlamasında mövcud qaydaları izah edib.

Buraxılış

“İkinci ali təhsil alan şəxslər də ödənişli əsaslarla oxuduqları üçün təhsil tələbə kreditinə müraciət edə bilirlər. Bu kateqoriyadan olan tələbələr üçün hüquqi məhdudiyyət mövcud deyil.

Lakin Elçin Əfəndi qeyd edib ki, kreditlərin verilməsi zamanı prioritet əsasən ilk dəfə ali təhsil alan tələbələrə verilir.

“İlk ali təhsil alanlara kreditlər ayrıldıqdan sonra növbəti mərhələdə ikinci dəfə ali təhsil alanların müraciətlərinə baxılması mümkündür”, — deyə ekspert vurğulayıb.

O ,əlavə edib ki, kreditlərin ayrılması mövcud maliyyə imkanları və müraciətlərin sayından asılı olaraq mərhələli şəkildə həyata keçirilir. Buna görə də ikinci ali təhsil alan şəxslərin kredit əldə etməsi mümkün olsa da, proses bir qədər gec baş tuta bilər.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
35
2
konkret.az

3Mənbələr