AZ

Milli Paralimpiya Komitəsi Azərbaycan Taekvondo Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb

Apasport saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Taekvondo Federasiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Apasport.az xəbər verir ki, hər iki qurum parataekvondonun inkişafı istiqamətində əməkdaşlığı genişləndirir.

Memorandumla bağlı hər iki qurumun rəsmiləri arasında görüş keçirilib.

Görüş zamanı parataekvondo üzrə əldə olunan uğurların davam etdirilməsi və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib. Memoranduma əsasən, tərəflər ölkədə parataekvondonun inkişafı, əlilliyi olan şəxslərin bu idman növünə cəlb olunması, kütləviliyin artırılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Memorandumu komitənin baş katibi Toğrul Rəhimov və federasiyanın baş katibi Aygül Abdullayeva imzalayıblar.

Taekvondo üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib - FOTO

Taekvondo üzrə ölkə birinciliyinə start verilib - FOTO

Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan taekvondoçuları Avropa birinciliyinin qalibi olub - FOTO

Taekvondoçumuz Avropa çempionu olub - FOTO

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
6
apasport.az

8Mənbələr