AZ

Binəqədidə qanunsuz parklanma Yolun girişi bağlandı VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Binəqədi rayonu, Dərnəgül qəsəbəsində dayanma-durma qaydalarını pozan sürücülər kameraya düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-a “İnstagram” üzərindən video göndərərək hərəkəti məhdudlaşdıran sürücüləri diqqətə çatdırıb.

Hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. 

Kadrlardan göründüyü kimi, 77-PF-117 dövlət nömrə nişanlı “Hyundai” markalı və 77-UR-082 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillərin sürücüləri yolun giriş hissəsində qanunsuz şəkildə dayanaraq hərəkəti çətinləşdiriblər.

Şikayətçinin iddiasına görə, ərazidə bu cür qayda pozuntuları demək olar ki, hər gün təkrarlanır.

Xüsusilə yaxınlıqdakı məktəbə gedən şagirdlər bu vəziyyətdən əziyyət çəkirlər.

Bundan əlavə, izləyici bildirib ki, sürücülər avtomobillərini rahat park etmək üçün yol kənarına basdırılmış maneələri də qopardıblar.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
avtosfer.az

1Mənbələr