AZ

“Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaiti çap olunub

“Ədalət

Milli Aviasiya Akademiyasının dəstəyi ilə hüquq elmləri doktoru, professor Firuzə Abbasova, hüquq elmləri doktoru, professor Ayxan Rüstəmzadə və hüquq elmləri doktoru Fərdin Xəlilovun müəllifliyi ilə “Ədalət mühakiməsi hüququ” adlı vəsait işıq üzü görüb.Vəsait Azərbaycan Respublikasında ədalət mühakiməsinin nəzəri və praktiki aspektlərinə həsr olunub. Kitabda ədalət mühakiməsinin anlayışı, müasir məhkəmə-hüquq islahatları, məhkəmələrin fəaliyyətində informasiya texnologiyalarının, rəqəmsallaşmanın və süni intellekt sistemlərinin perspektivləri və ədalət mühakiməsinin həyata keçirilməsinə dair əsas müddəalar təqdim olunub.Vəsaitdə həmçinin ədalətli məhkəmə araşdırması hüququnun institusional və prosessual təminatları, Azərbaycan Respublikasının məhkəmə sistemi, hakimlərin və ədalət mühakiməsinin digər iştirakçılarının hüquqi statusu, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və ədalət mühakiməsinin etik aspektləri oxucuya anlaşılan dildə izah edilib.Dərs vəsaitindən tələbələrlə yanaşı, hakimlər, prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşları, vəkillər, elmi tədqiqatçılar, eləcə də ədalət mühakiməsi ilə maraqlanan digər şəxslər faydalana bilərlər.Kitabın məsləhətçisi Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov, rəyçiləri isə Məhkəmə-Hüquq Şurasının üzvü, hüquq elmləri doktoru, professor Azər Cəfərov və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, professor Fərhad Abdullayevdir.Vəsait hüquq ictimaiyyətinə ilk dəfə 20 fevral 2026-cı il tarixində baş tutmuş Azərbaycan Hakimlərinin II Forumunda təqdim edilib.“ƏdalətUlusum.az

Diqqət Çəkənlər

Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim olunub

Vətən Müharibəsi Şəhidimizin Anası Ziyarət Olundu

“Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaiti çap olunub

Seçilən
0
3
ulusum.az

4Mənbələr