Rusiyanın Əməkdar artisti İrina Şevçuk 75 yaşında vəfat edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, aktrisanın qızı məlumat verib.
Onun baş beynin limfoması xəstəliyindən öldüyü bildirilib.
İrina Şevçuk 6 oktyabr 1951-ci ildə Murmansk şəhərində anadan olub.
Aktrisa “Sakit üfüqlər” filmində yaratdığı Rita Osyanina obrazı ilə məşhurluq qazanıb.
