AZ

Cavab oyununu buraxa bilər

“Yuventus”un oyunçusu Kənan Yıldız A seriyasının “Komo” ilə oyununda zədələnib.

"Football-plus.az" xəbər verir ki, Türkiyəli futbolçunun sol baldır əzələsində zədə aşkarlanıb. Bu səbəbdən onun Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qalatasaray”a qarşı keçiriləcək cavab oyununda iştirakı sual altına düşüb. Kənan cari mövsümdə bütün turnirlərdə 35 matça çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Yuventus” – “Qalatasaray” matçı sabah keçiriləcək.

Seçilən
0
1
football-plus.az

4Mənbələr