AZ

"Qarabağ"a 4 qol vuran futbolçu "Liverpul"un hədəfində

"Nyukasl"ın futbolçusu Entoni Qordon Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qırmızılar" Qordon üçün onun klubuna 90 milyon avro ödəməyə hazırdır. 25 yaşlı futbolçu uşaqlıqdan azarkeşi olduğu "Liverpul"a keçməyə isti yanaşır.

Qeyd edək ki, Entoni Qordon UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la Bakıda keçirilən ilk oyununda 4 qol vurub. Təmsilçimiz bu gün Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə cavab görüşünə çıxacaq.

saytlarin hazirlanmasi

Seçilən
2
1
sportal.az

2Mənbələr