AZ

Maliyyə savadını necə artırmaq olar? – QHT sədrindən açıqlama

Maliyyə savadlılığı əhalinin gündəlik istifadə etdiyi kredit, depozit, bank kartları və digər maliyyə alətləri haqqında ilkin və dərin biliklərə sahib olması deməkdir. Bu anlayışa bank hesabı, likvidlik, debet və kredit kartlarının fərqləri, eləcə də ailə büdcəsinin düzgün planlaşdırılması kimi məsələlər daxildir.

QHT.az xəbər verir ki, bu sözləri İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib. Onun sözlərinə görə, biliklər artdıqca kapital bazarları və mikromaliyyələşmə haqqında da məlumat əldə etmək mümkündür:

"Maliyyə savadını artırmaq üçün terminoloji lüğətlərdən, onlayn və əyani kurslardan istifadə edilə bilər. Bu sahədə maarifləndirmə həm media, həm də rəqəmsal platformalar vasitəsilə genişləndirilməlidir".

Seçilən
2
qht.az

1Mənbələr