AZ

Qırğızıstan Prezidenti baş nazirin müavinini vəzifəsindən azad edib

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıt Torobayevin Nazirlər Kabinetinin sədrinin müavini - su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.

"Far.Az" xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Həmçinin səhiyyə naziri Kanıbek Dosmambetov da tutduğu vəzifədən azad edilib.

Daha əvvəl Sadır Japarov üç naziri - fövqəladə hallar naziri Boobek Ajikeyevi, nəqliyyat və rabitə naziri Absattar Sırqabayevi və təbii ehtiyatlar, ekologiya və texniki nəzarət naziri Meder Maşiyevi vəzifələrindən azad etmişdi.

Seçilən
15
far.az

1Mənbələr