AZ

Japarov baş nazirin müavinini və səhiyyə nazirini İŞDƏN ÇIXARDI

Qırğızıstan Prezidenti Sadır Japarov baş nazirin müavini Baktı Torobayev və səhiyyə naziri Kanybek Dosmambetovu vəzifədən azad edib.

Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə axşamı dövlət başçısının mətbuat xidməti jurnalistlərə məlumat verib:

“Qırğız Respublikasının Prezidenti Sadır Japarovun imzaladığı fərmana əsasən, Torobayev Bakıt Ergeşeviç Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini – su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri vəzifəsindən azad edilib”.

Digər fərmanla səhiyyə naziri Kanıbek Dosmambetov da vəzifəsindən kənarlaşdırılıb.

İstefaların səbəbləri barədə rəsmi açıqlama verilməyib.

Bizim.Media

Seçilən
5
bizim.media

1Mənbələr