AZ

Dörd qulağı olan pişik balası sosial mediada məşhurlaşdı

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Alabama ştatında nadir genetik xüsusiyyətə sahib pişik balası sosial mediada sensasiya yaradıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Dobbi adlı yeddi aylıq qara pişik əlavə bir cüt qulaqla dünyaya gəlib.

Pişiyin müvəqqəti baxıcısı Stefani Braun bildirib ki, bu nadir xüsusiyyət pişiyin sağlamlığına təsir etmir və eşitməsi normaldır. O əlavə edib ki, Dobbinin qısa, bir az qıvrım quyruğu var.

Pişiyin populyarlığı sosial mediada foto və videolarının paylaşılmasından sonra artıb.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
redaktor.az

2Mənbələr