ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəzi iddialara görə, ABŞ və onun müttəfiqlərinin İrana qarşı hərbi hücum qərarı verməkdə tərəddüd etməsinin əsas səbəbi Tehranın artıq nüvə silahına sahib olması ehtimalıdır. Bu versiya regionda artan gərginlik fonunda daha çox müzakirə olunur və mümkün hərbi ssenarilərin arxa planında strateji çəkindirmə faktorunun dayandığı iddia edilir.
Analitiklər hesab edirlər ki, əgər İran faktiki olaraq nüvə silahı əldə edibsə və ya buna çox yaxın mərhələdədirsə, hərbi müdaxilə qərar ciddi risklər doğura bilər.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, bu iddialar uzun müddətdir müzakirə edilir:
“Xüsusilə də, ABŞ-ın 2015-ci il çərçivə sənədindən çıxmasından sonra qarşılıqlı olaraq İran da öz növbəsində öhdəlikləri yerinə yetirməkdən imtina etmiş və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müşahidə aparmasına icazə verməmişdi. Beləliklə o dövr ərzində İranın uranın lazımı həddə zənginləşdirməsi və hətta bir neçə nüvə başlığına sahib olması ilə bağlı ehtimallar mütəmadi olaraq müzakirə edilir.
Aytən Qurbanova
Düşünürəm ki, bu məqam Vaşinqton üzərində kifayət qədər çəkindirici təsirə malik olsa da, ABŞ-İran müharibəsinin baş verməsi ehtimalını istisna edən digər məsələlər də nəzərə alınmalıdır. Nəticə etibarilə, İranın nüvə proqramı çərçivəsində atdığı addımlarla bağlı dəqiq fikir bildirmək doğru olmasa da, Tehran üçün bu məsələ ABŞ ilə münasibətlərdə və mümkün bədbin müharibə ssenarilərinin həyata keçirilməməsi ehtimalına qarşı qismən də olsa təhlükəsizlik zəmanətinə çevrilə bilər”.
Turan Rzayev
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.