AZ

Milli Qəhrəman atasının bank kartından oğurluq edən şəxsə hökm oxundu

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından 80 min manat oğurlamaqda təqsirləndirilən Ayaz İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ayaz İsgəndərov qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hökmdə o da qeyd olunub ki, ​​​​​​Ayaz İskəndərov narkotik istifadəçisi olsa da, onun Narkoloji Mərkəzdə qeydiyyatı yoxdur. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın nəticəsi olaraq məhkəməyə təqdim edilən rəydən məlum olub ki, o, aslılıq sindromundan (narkomaniya xəstəliyi) əziyyət çəkir və məcburi müalicəyə ehtiyac var. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında baş verib. Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq edilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırmalarla cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb. Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktına görə başlanmış cinayət işi çərçivəsində şübhəli şəxslər müəyyən ediləndən sonra 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.

İttihama görə, Ayaz İsgəndərov “Telegram” sosial şəbəkəsində tanış olduğu, şəxsiyyəti istintaqla müəyyən edilməyən “Petroviç” adlı hesab istifadəçisi və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib. O, özünü bank əməkdaşı kimi göstərərək Cəlil Alıyevdən kart məlumatlarını əldə edib. Hadisə vaxtı kartda 103 min manat pul olub. Həmin pulun 40 min manatı dövlət tərəfindən, 38 min manatı isə sığortadan verilib. Qalan məbləğ isə Hökumə Əliyevanın özünün sığorta olunduğu 57 min manat pul olub. Cəlil Alıyevə ümumilikdə 80 min 500 manat ziyan dəyib.


Telegram kanalımız
Seçilən
0
9
yenisabah.az

10Mənbələr