AZ

Qısa qapanmaları önləmək üçün avandanlıq alınır

ain.az bildirir, Modern.az portalına istinadən.

“Azərenerji” ASC elektrik şəbəkəsinin modernləşdirilməsinə 11,7 milyon manatdan çox vəsait ayırır.

Modern.az xəbər verir ki,  “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti elektrik verilişi xətlərinin təhlükəsizliyini və operativ idarəolunmasını təmin etmək məqsədilə irimiqyaslı satınalma müsabiqəsi elan edib.

Elektrik verilişi xətlərində baş verən qəzaların və qısaqapanmaların yerini anında və dəqiq müəyyən edən "Qaçan dalğa metodu" qurğularının, həmçinin xətlərin vəziyyətinə real vaxt rejimində nəzarət imkanı yaradan "Online diaqnostika" avadanlıqlarının alınacaq.

Məqsəd enerji sistemində fəlakətlərə hazırlıq səviyyəsini artırmaq, qəza zamanı təmir müddətini minimuma endirməkdir.

İnvestisiyanın ümumi məbləği 11 730 528,72 azn təşkil edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
modern.az

1Mənbələr