AZ

Çin İrana elə silahlar verir ki... Terhan müdafiə qabiliyyətini sürətlə bərpa edir

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İran Çinə anti-gəmi qırıcı kruiz raketləri almaq üçün razılaşmaya yaxınlaşır.

“AzPolitika” xəbər verir ki, bu məlumatı danışıqlardan xəbərdar olan altı mənbə “Reuters” agentliyinə bildirib. Razılaşma ABŞ-nin İran sahilləri yaxınlığında böyük hərbi qüvvələr yerləşdirməsi ilə üst-üstə düşür və regionda mümkün hərbi əməliyyatlar üçün hazırlaşılır.

Razılaşmanın detallarına gəlincvə, qeyd olunur ki, İranın Çin istehsalı olan CM‑302 raketlərini almaq üzrə razılaşması demək olar, yekun mərhələdədir, lakin çatdırılma tarixi hələ razılaşdırılmayıb. Supersəs raketləri təxminən 290 km məsafəyə atıla bilir və gəmidə yerləşdirilmiş müdafiə sistemlərini aşa bilmək üçün aşağı və sürətli uçuşa malikdir. Bu raketlərin yerləşdirilməsi İranın zərbə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və ABŞ hərbi gəmilərinə ciddi təhdid yaradacaq.

Danışıqlar ən azı iki il öncə başlanıb, lakin İsrail-İran arasında iyun ayında baş verən 12 günlük müharibədən sonra danışıqlar sürətlənib. Keçən ilin yayında İran hərbi və dövlət rəsmiləri, o cümlədən müdafiə nazirinin müavini Məssud Orayi Çinə səfər edib.

“Əgər İranın regiondakı gəmilərə hücum etmək üçün supersəs qabiliyyəti varsa, bu, tam oyun dəyişdiricidir,” – deyə İsrail Milli Təhlükəsizlik İnstitutunun İran üzrə tədqiqatçısı Danni Sitrinovits qeyd edib: “Bu raketləri əngəlləmək çox çətindir”.

“Reuters” İranın satın alacağı raketlərin sayı, qiyməti və Çinin razılaşmanı həyata keçirib-keçirməyəcəyi barədə dəqiq məlumat əldə edə bilməyib. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, “İran müttəfiqləri ilə hərbi və təhlükəsizlik sazişlərinə malikdir və indi bu sazişlərdən istifadə etmək üçün münasib vaxtdır”.

Potensial satış İran və Çin arasında hərbi əlaqələrin dərinləşdiyini göstərir və ABŞ-nin Tehranın raket proqramını və nüvə fəaliyyətlərini məhdudlaşdırmaq səylərini çətinləşdirir. Eyni zamanda, Çin regionda öz mövqeyini gücləndirməyə hazır olduğunu nümayiş etdirir. Son illərdə Çin, Rusiya və İran birgə hərbi təlimlər keçirir.

CM-302 raketlərinin alınması İran arsenalını gücləndirəcək.

Bundan əlavə, İran Çinlə səthi-hava raket sistemləri (MANPADS), anti-ballistik və anti-s peyk silahlarının alınması barədə danışıqlar aparır. Çin 1980-ci illərdə İranın əsas silah tədarükçüsü olub, lakin 1990-cı illərin sonlarından beynəlxalq təzyiqlər səbəbindən silah tədarükü azalıb.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
azpolitika.info

1Mənbələr