Bu gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində "Qarabağ" "Nyukasl"la qarşılaşacaq.
Bizim.Media xəbər verir ki, İngiltərə klubu bu gün keçiriləcək oyuna itkilərlə çıxacaq.
"Nyukasl"ın 6 futbolçusu oynamayacaq.
Bruno Gimaraynş, Lyuis Mayli, Fabian Şör, Tino Livramento və Emil Kraft zədə, Malik Tiav isə cəza səbəbindən "Qarabağ"a qarşı meydana çıxa bilməyəcək.
"Sent Ceyms Park" stadionunda keçiriləcək oyuna Bakı vaxtilə saat 00:00-da start veriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta