"Azərbaycan Dəmir Yolları" QSC-nin fiziki gediş kartlarının balansına www.ady.az saytı vasitəsilə də vəsait yükləmək mümkündür.
“İki sahil” xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Məlumata əsasən, bunun üçün saytda "Fiziki kartın balansının artırılması" bölməsinə keçid edərək kart üzərindəki 10 rəqəmi və məbləği qeyd etmək lazımdır.