AZ

Gəncədə “İrsini yarat" kitabının təqdimat mərasimi keçirilib

YAP Gəncə şəhər təşkilatında Gülü Məmmədovanın "İrsini yarat" kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, kitabın müəllifi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının gömrük xidməti kapitanı Gülü Məmmədova, psixoloq Şəkər Dadaşova, idarə, müəssisə rəhbərləri, Gəncədə fəaliyyət göstərən ali məktəblərin tələbələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov açaraq, bildirib ki, gələcəyin liderləri üçün yol xəritəsi ola biləcək bu kitab xüsusən gənclərin arzularına çatmaqda, iş həyatı ilə yanaşı şəxsi inkişaf yolunda irəliləməsində istiqamət verəcək:”Müəllif bu əsər vasitəsilə oxucuya qeyri-müəyyən, mürəkkəb mühitdə inamla qərar vermək üçün təhlillər və düşüncə tərzi təqdim edir. Eyni zamanda əsərdə innovasiyaların və dayanıqlı inkişafın stimullaşdırılması naminə liderliyə inklüziv yanaşma ilə mədəniyyətin inteqrasiyasının zəruriliyi ön plana çəkilir”.

Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, Gəncə Şəhər Statistika İdarəsinin rəisi Elşən Məmmədov, Mərkəzi Klinika Gəncə Xəstəxanasının Baş direktoru Rövşən Veysov və digər çıxış edən natiqlər də bildiriblər ki, "İrsini yarat" kitabı oxucuda liderlik bacarıqlarının təkmilləşdirilməsinə bir töhfədir.

Geniş diskusiya şəraitində keçən təqdimat mərasimində o da diqqətə çatdırılıb ki, baş icraçı direktorun strateji liderlik və məqsədyönlü təsir üzrə bələdçi kitabının geniş oxucu kütləsinə çatdırılmasında məqsəd tək hədəfə çatmaq deyil, eyni zamanda yaddaşda qalacaq irs yaratmaqdır.

Sonda kitabın müəllifi Gülü Məmmədova tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Seçilən
0
2
yeniazerbaycan.com

3Mənbələr