Sitat.info portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün İsfahan əyalətinin Dorçe bölgəsindəki meyvə-tərəvəz bazarında AH-1J Super Cobra təlim helikopteri qəzaya uğrayıb.Sitat.info İran mediasına istinadən xəbər verir ki, qəza nəticəsində dörd nəfər – iki pilot Hamed Sərvazad və Müctəba Kiani, eləcə də bazarda işləyən iki mülki şəxs həlak olub.Hadisə yerinə dərhal xilasetmə qüvvələri cəlb olunub. Onlar ərazidə yanğını nəzarətdə saxlayaraq, qəzadan sonra yaranan təhlükəni aradan qaldırıblar.Helikopterin qəza səbəbləri hələlik açıqlanmayıb, araşdırmalar davam edir.
Tehran,
Sitat.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.