AZ

Qarabağ onun xatirəsini əbədiləşdirsə, yaxşı olar Video

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" onun xatirəsini əbədiləşdirsə, yaxşı olar" - Video

“Qarabağ” Futbol Klubunun rəhbərliyi Azərbaycanın dəyərlərinə, eləcə də ölkənin tarixində rol oynamış insanlara həmişə diqqəti və həssas münasibəti ilə seçilib". 

Bu sözləri Azərbaycanın Əməkdar jurnalisti, QOL.az saytının baş redaktoru Aydın Bağırov "CBC Sport" telekanalında yayımlanan "Bizim futbol" verilişində səsləndirib. 

O, "Neftçi"nin klubun əfsanəvi futbolçusu olmuş Anatoli Banişevskinin xatirəsinin əbədiləşdirdiyini xatırladaraq deyib ki, qarşıdan Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ" komandasının məşqçisi və futbolçusu olmuş Allahverdi Bağırovun da 80 illiyi gəlir.

O, Allahverdi Bağırovun Qarabağ müharibəsindəki və klub qarşısındakı xidmətlərinə görə "Qarabağ"ın stadionundakı tribunalardan birinin Milli Qəhrəmanın adına verilməsini və ya arenada xatirə guşəsinin yaradılmasını təklif edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
qol.az

3Mənbələr