Argentinanın "River Pleyt" klubu baş məşqçi Marselo Qalyardo ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuaxt xidməti yayıb.
50 yaşlı mütəxəssislə yolların ayrılmasının əsas səbəbi qeyri-qənaətbəxş nəticələrdir.
"River Pleyt" Qalyardonun rəhbərliyi altında 510 matça çıxıb - 269 qələbə, 128 heç-heçə, 113 məğlubiyyət. Hazırda sözügedən kollektiv Aperturanın B qrupunda 10-cu yerdədir.
Yerli mətbuat artıq klubun yeni baş məşqçi tapdığına dair informasiyalar dərc edilib. "River Pleyt"i Xorxe Sampaolinin çalışdıracağı bildirilib.
Toğrul