AZ

Deputatdan təklif: MDB də qalıb qalmamağımız məsələsinə baxmalıyıq

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Bu gün Rusiyanın Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” adlandırdığı və adlandırmaqda da davam etdiyi savaşdan 4 il ötür. Və bu savaş Xocalı soyqırımının törədilməsinin 30-cu ildönümündə baş verdi. Bu soyqırımın törədilməsində 366-cı alayın iştirakı təsdiqlənmiş faktdır. Maraqlıdır, Xocalı soyqırımı baş verərkən özlərini “kollektiv Qərb” adlandıranlar prinsipiallıq göstərərək ədalətin, beynəlxalq hüququn yanında yer alsaydılar, Ukrayna xalqı indiki reallıqla üzləşərdimi? 366-cı alaydakıların yolu ilə gedənlər Buçada Xocalıdakına bənzər qırğın törədə bilərdilərmi? Əlbəttə, yox!"

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.

Deputat ümid edir ki, Xocalı soyqırımını törədənlərdən sağ qalanların hamısı Qarabağdakı “miatsumçu” rejimin artıq haqlarında hökm çıxarılan təmsilçiləri kimi bir gün tutulub Bakıya gətiriləcəklər: "Ermənistan özü də, əslində, bunda maraqlı olmalıdır. Bəli, bunun əleyhinə çıxanlar, həbsdəkilərin isə buraxılmasını istəyənlər də var ki, bunun nə üçün edildiyini biz yaxşı bilirik. Və onu da yaxşı bilirik ki, Rusiya Dumasının heç vaxt öz sözünü deməyən üzvü Konstantin Zatulin onların içərisindən daha çox nədən Ruben Vardanyanın adını çəkir. Vardanyan Qarabağda peyda olan zaman doğma bacısının ağlayaraq yaxınlarına onun ora öz xoşu ilə getmədiyini, göndərildiyini dediyi haqda səs yazısı var.

Vardanyanın Qarabağa göndərilənədək hansı əməllərdən çıxdığı da heç kimə sirr deyil. Konstantin Zatulini Rusiya dövlət kanalından Azərbaycanın üstünə qısqırdanlar bəlkə ondan qorxurlar ki, hələlik bizim şairlərin qəzəlini səsləndirən Ruben Vardanyan bir gün onların özəlini də, yəni milyardlarla pullarını necə leqallaşdırdığını da dilə gətirə bilər. Ümumiyyətlə,

Azərbaycana qarşı bu hibrid savaş nə üçündür, niyə aparılır?

Cənab Prezidentin Münhendə vurğuladığı kimi, koordinatları verildiyi halda belə, bizim Ukraynadakı obyektlərimizə, əsasən də diplomatik təmsilçiliyimizə nədən ard-arda zərbə endirilir? Ukraynaya humanitar yardım etdiyimizə görəmi? Axı ən yüksək səviyyədə “ukraynalılarla biz eyni millətik” deyən siz idiniz? Siz öz millətinizdən sandığınızı qışın oğlan çağında istisiz və işıqsız qoyduğunuz halda, Azərbaycan generatorlar göndərir, yanacaqla təmin edir ki, onlar donmasınlar. Bu, sizin Ermənistana, oradan da Qarabağa göndərdiyiniz milyardlarla dollarlıq silah-sursat deyil ki? Və biz o dövlət deyilik ki, İkinci Qarabağ savaşı zamanı sizin kimi Ermənistana silah göndərib adını da “tikinti materialı” qoyaq.

Sonda mən soruşmaq istərdim: bir halda ki, ölkəmizə qarşı bu cür hibrid hücumlar edilir və buna hətta Rusiya Dumasının MDB ilə iş üzrə  komitəsi sədrinin müavini də qoşurlarsa, onda biz o quruma və oradakı üzvlüyümüzə necə yanaşmalıyıq?"

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
olke.az

3Mənbələr