AZ

Gəncə avtomobil zavodu İB-də “İş yerlərində əməyin mühafizəsi” müzakirə olundu (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidməti Gəncə avtomobil zavodu İstehsalat Birliyində“İstehsalatda baş verən bədbəxt hadisələrdən sığorta” və “İşyerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiritəşkil edib.

Trend xəbərverir ki, tədbiri giriş sözü ilə açan müəssisənin direktor müaviniBağban Nəbiyev istehsalatda baş verən bədbəxt hadisələrdənsığortalanmaq və iş yerlərində əməyin mühafizəsi mövzularınınaktuallığından danışdı və bir istehsalat sahəsi olaraq əməkdaşlarınbu istiqamətdə maarifləndirilməsinin vacibliyini vurğuladı.

Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadiolaraq keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqətçəkilib, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasınınvacibliyi vurğulanıb. Eyni zamanda əmək münasibətlərininelektronlaşdırılması istiqamətində görülən işlər barədə sonyeniliklər iştirakçıların diqqətinə çatdırılıb, “Əmək və Məşğulluq”altsisteminin funksionallıqları müzakirə olunub.

Tədbirdə həmçinin Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətistiqamətləri barədə məlumat verilib. Müəssisələrdə əməyinmühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstəriləndəstək vurğulanıb və yeni qəbul edilmiş standartlarla bağlıiştirakçılar ətraflı məlumatlandırılıb.

Sonda tədbir iştirakçılarının mövzularla bağlı suallarıcavablandırılıb.

Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Gəncə
Seçilən
1
3
az.trend.az

4Mənbələr