AZ

İş saatlarının dəyişdirilməsi birbaşa onların həyatına və iş keyfiyyətinə təsir göstərir Məzahir Məmmədli

ain.az bildirir, 525.az portalına istinadən.

“Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması ilə bağlı müzakirələr getdikcə aktuallaşır. Xüsusilə orta məktəblər və universitetlərdə iş saatlarının dəyişdirilməsi təklif olunur. Amma bir sual açıq qalır: bu qərarlar qəbul olunarkən müəllimlərin mövqeyi nəzərə alınacaqmı? Müəllim yalnız dərs saatında işləyən şəxs deyil. Onun hazırlıq prosesi, əlavə məşğələləri, ailə öhdəlikləri və gündəlik sosial qayğıları var. İş saatlarının dəyişdirilməsi birbaşa onların həyatına və iş keyfiyyətinə təsir göstərir”.

Bu fikri 525.az-a təhsil ekserti Məzahir Məmmədli söyləyib. Ekspert qeyd edib ki, əgər məqsəd keyfiyyətli təhsil və sağlam iş mühiti yaratmaqdırsa, bu prosesdə müəllimlərin rəyi mütləq öyrənilməli, müzakirələrə cəlb olunmalıdırlar:

"Əgər məqsəd həm nəqliyyat sıxlığını azaltmaq, həm də keyfiyyətli və dayanıqlı təhsil mühiti formalaşdırmaqdırsa, müəllimlərin mövqeyi formal deyil, real şəkildə nəzərə alınmalıdır. İştirakçılıq prinsipi olmadan qəbul edilən qərarlar qısamüddətli inzibati effektivlik yaratsa da, uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər".

Sevinc Qarayeva 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
525.az

1Mənbələr