ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Ötən il dekabrın 8-də Misli premyer-liqasının 14-cü turunun “Qəbələ” – “Turan Tovuz” oyunu hava şəraitinə görə təxirə salındı. "Football-plus.az" xatırladır ki, oyunun keçirildiyi Qəbələ şəhər stadionunu cənginə alan qatı duman görmə qabiliyyətini kəskin azaltdığından matç hakimlər briqadasının qərarıyla 23-cü dəqiqədə, hesab 0:0 ikən dayandırıldı. Sonradan məlum oldu ki, qarşılaşma fevralın 24-də, yəni bu gün keçiriləcək. Peşəkar Futbol Liqası bu matçla bağlı önəmli şərti də açıqlayıb. Deməli, komandalar bu oyunda təxirə salınmış görüşdə sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcək. Oyunu “CBC Sport” yayınlayacaq.Misli premyer-liqası14-cü turdan təxirə salınmış oyun24 fevralQəbələ - Turan Tovuz“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 4:+1=1-2, 6:4.2022/23 – 0:0, 1:2; 2023/24 – 4:0, 1:2.Cəzalı: yoxdu. “Futbol+”in proqnozu: 30-30-40.Qəbələ, şəhər stadionu. Saat 15.00.Ötən il keçirilən matça “Qəbələ”nin daha üstün başladığını yazmışdıq. Həqiqətən də “qırmızı-qaralar” daha çox təhlükəli vəziyyət yaradır, rəqibə çətin anlar yaşadırdı. Ancaq indi həmin oyunun əhəmiyyəti yoxdu. Komandalar mübarizəyə ilk dəqiqədən başlayacaq. Əlbəttə, meydan sahibləri “Turan Tovuz”u məğlub etməyə çalışacaq. Ancaq premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandaların, xüsusən “Karvan-Yevlax”la “Kəpəz”in 21-ci turda uduzduğunu nəzərə alsaq, məğlubiyyət “Qəbələ” üçün ciddi itki sayılmayacaq. Yenə də Kaxaber Sxadadze komandasını qələbəyə kökləməli, xal ehtiyatını artırmağın yollarını tapmalıdı. Bunun çətin vəzifə olduğu isə sirr deyil. Ona görə ki, “bozqurd” hazırda 3-cü pillədədi. Ən yaxın izləyicisi “Zirə”dən iki xal öndə olan tovuzlular bu görüşdə qalib gəlməklə xal fərqini daha da artıra bilər. Heç şübhəsiz, qonaqlar belə əhəmiyyətli fürsəti boşa vermək istəməyəcək. Belədə Qəbələdə mübarizəli oyunun şahidi olacağımızı proqnozlaşdıra bilərik.Bu komandalar indiyə qədər 9 dəfə qarşılaşıb. Oyunların 2-də “Qəbələ”, 4-də “Turan Tovuz” qələbə qazanıb, 3-də qalib müəyyənləşməyib. Topların nisbətində “qırmızı-qaralar” öndədi – 12:10. Maraq üçün qeyd edək ki, “bozqurd” son üç matçda qalib gəlib. “Qırmızı-qaralar” son üç ev görüşündə qol vurub.1. Sabah 21 16 4 1 42-12 522. Qarabağ 20 14 3 3 36-13 453. Turan Tovuz 20 11 4 5 24-14 374. Zirə 21 9 8 4 28-22 355. Araz-Naxçıvan 21 9 6 6 31-35 336. Sumqayıt 21 9 4 8 31-27 317. Neftçi 20 7 9 4 28-18 308. Şamaxı 21 6 7 8 21-24 259. İmişli 21 4 8 9 18-25 2010. Qəbələ 20 4 3 13 18-25 1511. Kəpəz 21 4 1 16 14-45 1312. Karvan-Yevlax 21 1 3 17 13-44 6Bombardirlər: Coy-Lens Mikels, Velko Simiç (hər ikisi "Sabah"), Bassala Sambu (Neftçi) - 9.KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.