AZ

"Azərenerji" 5,9 milyonluq tender elan etdi

Qaçan dalğa metodu ilə elektrik verilişi xətlərdə qısaqapanma yerinin təyini qurğusunun satınalınması üzrə tender elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, tender "Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyətinə məxsusdur.

Müsabiqə üzrə təkliflərin son təqdim olunma tarixi və vaxtı martın 8-i saat 12:00-dək göstərilib.

Tender üçün ehtimal olunan qiymət beş milyon doqquz yüz doxsan min əlli yeddi manat 22 qəpik təşkil edir.

Seçilən
0
2
bakivaxti.az

3Mənbələr