AZ

Bu zaman məktəblərdə şagirdlərin nizam intizamı artacaq Təhsil eksperti

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Məktəb performans balı şagirdin orta ümumtəhsil məktəblərində tədris ili boyunca təlim-tərbiyəsini əks etdirəcək və yekunda Pedoqoji Şura tərəfindən verilən 100 ballıq şkala üzrəindən performans qiymətləndirməsidir. Pedoqoji Şura buraxılış sinfinin yekununda hər şagirdə performans balı müəyyən edəcək. Bu şagirdin təhsil aldığı müddətdə ümumi qiymətləndirilməsini ortaya çıxaracaq və imtahandakı qəbul balina əlavə olunacaq. Qiymətləndirməyə attestat qiymətləri, şagirdin nailiyyətləri və Pedoqoji Şuranın rəyi nəzərə alınaraq ümumiləşdirilmiş şəkildə veriləcək”.

Bunu təhsil eksperti Ramin Nurəliyev 525.az-a bildirib. O qeyd edib ki, müsbət tərəfi odur ki, bu zaman məktəblərdə şagirdlərin nizam-intizamı artacaq. Məktəbin və müəllimin nüfuzu yüksələcək. Şagird məktəbə və müəllimlərinə etimad göstərəcək:

“Şagirdin nizam-intizamı məktəb performans balina əlavə olunacağı üçün məktəbə və müəllimlərinə hörmətlə yanaşacaq. Hal-hazırda bir çox inkişaf etmiş ölkələrdə məktəb performans nəticəsi şagirdlərin universitetə qəbulunda mühim rol oynayır. Hətta bəzi universitetlər tələbə qəbulunda müəllim rəyini, referans məktubunu üstün hesab edir. Amerika, Almaniya, Finlandiya, İtalya, Kanada kimi ölkələrdə məktəb performansı yüksək qiymətləndirilir.  Azərbaycan təhsilində universitetə qəbul prosesində məktəb performansı demək olar ki, yox dərəcəsindədir”.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
525.az

1Mənbələr