AZ

Tofiq Zülfüqarov: “Arxivləri açmağın vaxtıdır”

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Kreml Azərbaycana qarşı informasiya hücumu həyata keçirib... Hüquq-mühafizə orqanlarımız isə yalnız açıq mətbuatda artıq yer alan "ittihamedici materiallar" dərc edirlər.

Arxivləri açıb "beşinci kolon"da kimin hakimiyyət və ya müxalifət statusunun arxasında gizləndiyini açıqlamağın vaxtı çatmayıbmı?”

“Cebheinfo.az” xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O qeyd edib ki, xüsusilə xaricdən gələn bəzi səslərin "sadəlövhlüyü" onu təsirləndirir: 

“Onlar "kremlçilər"i və onların yerli əlaltılarını haqlı çıxarmaq cəhdlərində məni "beşinci kolon" adlandırmaqdan başqa çarə tapmırlar. Bu məntiqi bir uçurum yaradır: Kremli ittiham edənlər "beşinci kolonistlər", Kremlin siyasətini gizlədənlər isə "demokratlar"dır.

Düşünürəm ki, arxivlərin bir hissəsini açıb hər kəsi layiq olduğu adlarla çağırmağın vaxtıdır”.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr