AZ

Nazirlikdən diplom və attestatlarla bağlı QƏRAR

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Bu ildən təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün brifinqdə deyib.

O bildirib ki, diplomlar, attestatlar və sertifikatlar Təhsil sənədləri Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) üzərindən elektron formada hazırlanacaq və Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz təqdim ediləcək.

V.Xanlarov onu da qeyd edib ki, sənədlərə ştrix-kod əlavə olunacaq və həqiqiliyi onlayn yoxlanacaq.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
globalinfo.az

2Mənbələr