ain.az, Sitat.info portalına istinadən məlumat yayır.
2022-ci ildə telefon danışığı zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko məndən üzr istədi.
Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Lukaşenkoya birbaşa dedim ki, ərazisindən Rusiya raketləri atıldığı və rus qoşunları Ukraynaya yeridildiyi üçün təcavüzə ortaq olub. Lukaşenko buna cavab olaraq vəziyyətə nəzarət etmədiyini dedi, hətta Ukraynanın Mozırdakı neft emalı zavoduna cavab zərbəsi endirməsini təklif etdi”, - Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna tərəfi zərbə ehtimalını müzakirə etsə də, Kremlə Belarusu müharibəyə cəlb etmək üçün bəhanə verməmək üçün zərbədən imtina edib.
Ukrayna prezidenti bildirib ki, Moskva və Minsk yenidən Belarus ərazisində birgə hərbi təlimlər keçirməyi müzakirə edirlər:
“Sonuncu dəfə belə genişmiqyaslı təlimlər keçiriləndə Ukrayna ərazisinə hücum başlamışdı. Bilirəm ki, onlar Rusiya ilə Belarus ərazisində hərbi təlimlər barədə danışırlar. Yenə də. Görəcəyik, nə qədər genişmiqyaslı olacaqlar".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.