AZ

Süni intellektlə yaradılan kontent kimə məxsusdur?

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Süni intellek inkişaf etdikcə yaradıcı problemlər də artır.

Bəzən bir sənət əsərinin real olub-olmamasını seçmək olmur.

Sual olunur, süni intellekt vasitəsilə hazırlanan mətn və ya dizaynın müəllifi kim sayılır?

Bu barədə hüquqşünas Uğur Əliyev Gununsesi.info-ya danışıb.

O bildirib ki, müəlliflik hüququnun tanınması qanunla olur:

“Ümumiyyətlə, müəlliflik hüququ üçün insan yaradıcılığı əsas şərtdir. Qeyd edilən hal zamanı isə süni intellekt alətindən istifadə edən şəxs yaradıcı töhfəsini sübut etməlidir. Əgər hər hansı mətn, dizayn və ya digər yaradıcı məhsul süni intellekt aləti vasitəsilə hazırlanıbsa, burada əsas məsələ həmin alətdən istifadə edən şəxsin prosesə nə dərəcədə yaradıcı müdaxilə etməsidir. Yəni sadəcə proqramdan istifadə etmək müəlliflik hüququnun avtomatik yaranması demək deyil. Bir sözlə, şəxs öz yaradıcı töhfəsini ideyanın formalaşdırılması, strukturun qurulması, məzmunun seçilməsi və redaktəsi kimi elementləri sübut edə bilirsə, həmin məhsul üzərində müəlliflik hüququ iddia edə bilər. Əks halda, tam avtomatlaşdırılmış şəkildə, insan müdaxiləsi olmadan yaradılan məhsulların hüquqi statusu mübahisəli olaraq qalır”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
icma.az

1Mənbələr