Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Bu gün Putinin Kiyevi "üç günə ələ keçirməsindən" düz dörd il ötür".
"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı başlatdığı tammiqyaslı müharibənin dördüncü ildönümü ilə bağlı bildirib.
"Və bu, müqavimətimiz, Ukraynanın bütün bu müddət ərzində necə mübarizə apardığı haqqında çox şey deyir. Bu sözlərin arxasında milyonlarla xalqımız, böyük cəsarət, zəhmət, dözümlülük və Ukraynanın 24 fevraldan bəri keçdiyi böyük yol dayanır", - deyə Zelenski bildirib.
"Müstəqilliyimizi müdafiə etdiyimizi, dövlətçiliyimizi itirmədiyimizi, Putinin məqsədlərinə çatmadığını deməyə tam haqqımız var. O, ukraynalıları sındıra bilmədi, bu müharibədə qalib gəlmədi. Biz Ukraynanı qoruduq və sülhə və ədalətə nail olmaq üçün hər şeyi edəcəyik", - deyə o əlavə edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.