AZ

Ramiz Mehdiyev AMEA nın həqiqi üzvlüyündən xaric edilir

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fevralın 25-də Ramiz Mehdiyevin məsələsinə baxılacaq.

"Cebheinfo.az" xəbər verir ki, sabah AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və gündəliyə daxil olan iki məsələdən biri Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsidir.

İclasda müzakirə ediləcək ikinci məsələ AMEA-nın illik hesabatının dinlənilməsidir.

Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. (Report)

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
41
cebheinfo.az

10Mənbələr