ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
V yazı
Böyük Türk mütəfəkkiri Ziya Gökalp Əli Bəy Hüseynzadənin Türkçülük fəlsəfəsindən çıxış edərək Turan vətənini, Türk xalqlarının hamısını içinə alan və Türk olmayanları dışda buraxan ülküsəl yurd kimi başa düşmüşdür: “Turan, Türklerin oturduğu, Türkçenin konuşulduğu bütün ülkelerin toplamıdır”.[1] Başqa sözlə, İslam yurdu müsəlman ulusların sevgili yurdu olduğu kimi, Turan da, türklərin ulusal yurdudur. Bu anlamda Osmanlı ya da Türkiyə də həm İslam yurdu, həm də Turan yurdudur: “Türklerin Türk yurdunu ya da Turanı özel bir aşkla benimsemeleri ne küçük İslam yurdu olan “Osmanlı ülküsü”nü, ne de İslam yurdunu unutmalarını gerektirmez. Çünkü ulus ülküsü, devlet ülküsü, ümmet ülküsü başka şeylerdir ve her üçü kutsaldır”.[2]
Gördüyümüz kimi, Gökalp nə qədər termin olaraq “İslamçı Türklük” ya da “Qərbçi, modern Türklük”dən bəhs etsə də, əslində onun düşüncəsindəki əsil türkçülük daha çox özəəsaslanan bir Türkçülük idi. Yəni Gökalpın düşüncələrində iki cür türkçülük hiss olunurdu. Bunlardan birincisi, yalnız milli və özəəsaslanan, Gök Tanrı fəlsəfəsindən ruh alan, Turan ülküsünü hədəfləyən Türkçülük idi. Bu Türkçülük daha çox romantik, utopik xarakter daşısa da, Gökalpın əsil varlığını ortaya qoyur, onun düşüncələrinin nüvəsini təşkil edirdi. Hesab edirik ki, məhz bu anlamda Gökalp Türkçülüyü yalnız qandan gələn, bir soya söykənən ideya kimi görməmiş, onu Turançılıq kimi daha geniş götürməklə düşüncəyə, milli şüura, bir sözlə sosial-fəlsəfi təlimə bağlamışdır. Bu, Gökalpın dar və məhdud düşüncələrdən çox uzaq olmasının, yəni böyük bir Türkçü, Turançı olmasının bariz nümunəsi idi. Bu anlamda milli aydınımız Əhməd Bəy Ağaoğlu da doğru qeyd edir ki, üçlü düstur arasından Gökalpın ən çox mənimsədiyi Türkçülük idi: “Türklük Ziya için esastı. Ziya Türk aşıkı idi ve bütün hayatını kendi nefsi ile ailesini ihmal edercesine bu maşukasına hasr eylemişti. Ziya Türk mümini idi ve bütün ilhamlarını bu imanından alıyordu. Türkün ruhi ve içtimai hüsusiyetlerini Ziya kadar idealize eden bir mutefekkirimiz olmamıştır”.[3]
Deməli, Gökalpın əsil Türkçülüyü sosial-fəlsəfi mahiyyətli Türkçülük olmuşdur. Sadəcə, Gökalp nisbətən 1918-1920-ci illərdə və daha sonralar sosial-fəlsəfi mahiyyətli Türkçülüyə Türkiyə Cümhuriyyətinin qurulması və yaşaması naminə, bir az fərqli təriflər verməyə məcbur olmuşdur. Özəlliklə, 1-ci Dünya müharibəsindən Osmanlının məğlub çıxmasının nəticəsi olaraq da, sosial-fəlsəfi mahiyyətli Türkçülük, Turançılıq, artıq gerçəkçi və praqmatist bir formada Gökalp və digər Türk aydınlarımızda öz əksini tapmağa başlamışdır. [4]
Belə ki, 1920-ci illərdə Türk aydınlardan bir çoxu, o cümlədən Gökalp turançılıqdan, vahid Türk milləti düşüncəsindən uzaqlaşıb ayrı ayrı müstəqil Türk dövlətlərinin mövcudluğu ideyasını daha çox təbliğ etmişlər. Çünki Qərb sivilizasiyasının çiçəkləndiyi bir dövrdə Turançılıq ideyasının Rusiya əsarətində yaşayan bütün türklərin, o cümlədən Türkiyə türklərinin əsas hədəflərindən biri kimi qalması çox zor görünürdü. Özəlliklə, çar Rusiyasının yerini tutan Sovet Rusiyasının Türk dövlətlərini yenidən yağmalaması, vaxtilə Ziya Gökalpın ümid etdiyi Rusiyanın dağılıb viran, Türkiyənin böyüyüb Turan olması ideyasını xeyli dərəcədə zədələmişdi.
Bu səbəbdəndir ki, xüsusilə 1923-cü ildə yazdığı “Türkçülüğün Esasları” kitabında Gökalp Türkçülük (Türk Birliyi) və Turan ülküsünü yenidən dəyərləndirmişdir. Ziya Gökalp yazırdı ki, artıq Türkiyə üçün utopik türkçülük, turançılıq deyil, real olaraq Türkiyəçilik önəmlidir. Ona görə, Türkçülük-oğuzçuluq və Turancılıq isə bütün Türklərin gələcək idealları idi.[5] Əslində bütün bunları Gökalpın Türkçülük, Turançılıq ideyasından vaz keçməsi kimi anlaşılması qətiyyən doğru deyildir. Bütün ruhu və varlığıyla Türkçülük, Turan ülküsünə bağlı olan Gökalp yuxarıda da yazdığımız kimi, Türkiyə Cümhuriyyətinin tək müstəqil bir dövlət olaraq mövcudluğu naminə Türkçülük fikirlərində bəzi dəyişikliklər etmişdir. Ancaq onun belə bir dövrdə “Türkçülüyün əsasları” (1923) kitabını yazmaqda əsas məqsədi heç də Türk Birliyindən, Turan ülküsündən vaz keçməsini ortaya qoymaq deyil, tam əksinə bir gün dünyanın şərtlərinin dəyişəcəyi təqdirdə onun gerçəkliyə çevrilə bilməsini ifadə etmək idi. Ona görə də, Gökalp bu kitabını ancaq Türkiyə türkləri üçün deyil, bütün Türk xalqlarının (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Uyğurustan, Kərkük, Hələb, Krım vəb.) ortaq proqramı kimi yazmış, Türkçülüyə xidmət edən bütün Türk aydınlarını və onların gördüyü işləri bir bir ortaya qoymuşdur.[6]
Əli Bəy Hüseynzadənin “Türk hissiyyatı ilə mütəhəssis, İslam dini ilə mütədəyyin və Avropa mədəniyyəti-hazirəsilə mütəməddin olmaq” formulunu, eyni zamanda Ziya Gökalpın “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” düsturunu zamanında ən yaxşı idrak edən və onu Azərbaycan adlı yeni bir Cümhuriyytin dövlətçilik fəlsəfəsi halına gətirən AzərbaycanCümhuriyyətininqurucusu, ilk cümhurbaşqanı, mütəfəkkir, milli ideoloq Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Rəsulzadə yazırdı ki, ilk qaynağı Əli Bəy Hüseynzadə olan Azərbaycan bayrağındakı üç simvolun formalaşmasında Gökalpın da rolu az olmamışdır: “Azərbaycan bayrağındakı mavi rəng – Türklüyü, yaşıl rəng – Msəlmanlığı, al rəng də – Təcəddüd (Yeniləşmə – F.Ə.) və inqilab rəmzi olmaq həsbiləəsrliyi tərmiz edər ki, möhtərəm Ziya Gökalp Bəyin “Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm” – düsturunu ifadə etmiş olur”. [7]
Məhz M.Ə.Rəsulzadənin sayəsində də hər üç ideya öz yerini yeni Türk dövlətində (Azərbaycan Cümhuriyyətində) doğru şəkildə tapmış, ən əsası o, Türklük fəlsəfəsinin bayrağımızda ilk sırada yerini tutmasına nail olmaqla, əslində bir daha keçmiş dövlətçilik (Midiya, Avar, Göktürk, Xəzər, Səlcuq və b.) ənənələrimizdə olduğu kimi, onun XX əsrdə milli nüvə rolunda çıxış edə biləcəyini rəsmən ortaya qoymuşdur. Beləliklə, Türklüyün yalnız bir gen-qan deyil, eyni zamanda mavi-göy rəngi özündəəks etdirən bir fəlsəfi təlim, dünyagörüş olması öz təsbitini tapmışdır.
Son əsrlərdə İslamçılıqla Türkçülyü bir-birindən ayırmağa başlayan milli mütəfəkkirlər, o cümlədən Ə.Hüseynzadə üçün Türkçülük ruhunun parçalanması, yəni ayrı-ayrı milli-məhəlli Türkçülüyə bölünməsi çox yad və uzaq bir hiss idi. Bu məsələləri çox doğru dəyərləndirən milli ideoloq M.Ə.Rəsulzadə yazırdı: “Panislamizmdən qurtulan Türk ictimai-siyasi düşüncəsi birdən-birə indi çatdığı gerçək milli ideyaya o anda çata bilməzdi. Bu psixoloji baxımdan aydındır. Müharibə və ümumi təhlükə şəraitində İslam birliyi kimi böyük və əhatəli şüardan imtina edən millətçilər onun əvəzinə eyni təsir gücünə malik bir şüar irəli sürməli idilər. Bu, ancaq milli birlik ola bilərdi: “Din birliyi çağı keçdi, indi tarixi uluslar-millətlər irəli aparır. Yaşasın, Dunaydan Altayadək Türk uluslarının birliyi!””.[8]
Qeyd edək ki, “Panislamizmdən qurtulan” siyasi-ideoloji Türkçülükdə isə əvvəlcə, vahid Türk millətindən və vahid Türk dövlətindən bəhs olunurdusa, ancaq sonrakı mərhələdə, o, öz yerini yeni Türkçülüyə verdi. Yeni Türkçülükdə isə milli-mədəni dəyərlər, əxlaq, adət-ənənələr əsas tutulurdu. Bu proseslərdə aktiv iştirak etmiş, yüni Türkçülüyün formalşamasına yön verənlərdən biri olan M.Ə.Rəsulzadə yazırdı: “Daha romantik, siyasi panturanizm yoxdur, ancaq ulus istəklərini güdən Türkçülük vardır… Türk ellərinin özünü anlaması, irq ideologiyasından ulus ideologiyasına keçir, bu da saldırıcılığı ideoloji-qurama baxımından da aradan qaldırır”.[9]
Fəlsəfə elmləri doktoru, professor Əli Abasova görə Məhəmməd Əmin Rəsulzadənin irsində “romantik panturanizm” ideyaları öz dəyərini yalnız mədəniyyət sahəsində, Türk xalqlarının mədəni irsini qorumaq uğrunda mübarizədə saxlamışdır. O, türkçülüyü siyasi hərəkat kimi deyil, Türk xalqlarının mədəni birləşməsi uğrunda mübarizə metodu kimi xidmət edən “elmi-fəlsəfi-estetik hərəkat” kimi qəbul edirdi.[10]
[1] Yenə orada, s.63
[2] Yenə orada, s.68
[3] Ağaoğlu, A. Ziya Gökalp bey. Türk yurdu, Cilt15-1, sayı164-3, 14-cü sene, Aralık, 1924, s. 100
[4] Gökalp Ziya. Altın ışık. Istanbul, Altın Kitaplar Yayın Evi, 2005, s.42-43
[5] Gökalp, Z. Türkçülüyün əsasları.Bakı, Maarif, 1991, s.38
[6] Gökalp, Z. Türkçülüyün əsasları.Bakı, Maarif, 1991, s.27
[7] Rəsulzadə, M. Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: “Elm”, 1990, s.97
[8] Rəsulzadə, M. Ə. Panturanizm. Qafqaz sorunu. Bakı, “Təknur”, 2012, s.51-52
[9] Rəsulzadə, M. Ə. Panturanizm. Qafqaz sorunu. Bakı, “Təknur”, 2012, s.62
[10] Абасов Али. Исследования по методологии, истории и футурологии философии. Баку, «Оптимист» - 2025, s.536
OXŞAR XƏBƏRLƏR

Lətifə Orucun “SİRLİ GEDİŞLƏR”İ
12:24

Amal şairi - Nəbi Xəzri poeziyasında lirika və epiklik
11:09

İçini tanıyan - dünyanı tanıyır
10:43

Ruhlu danışmaq - gözəl danışmaqdır
10:24

Azərbaycan-Serbiya əməkdaşlığında təhsil və elmin yeri
10:08

Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil islahatı
09:48

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi
09:21

İyrənc işbirliyinin ifşası
20 Fevral 12:37

“Kulturologiyada metodoloji axtarışlar”ın tədqiqinə yeni baxış
17 Fevral 10:11

Rafiq Əliyevin ilkə atdığı imzalar
17 Fevral 09:58

İnam Ata (Asif Ata) - Tarixə çatmaq. Babəkliyimiz
17 Fevral 09:46

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi
17 Fevral 09:22

Türkçülük təliminin mahiyyəti: siyasi-ideoloji, yoxsa sosial-fəlsəfi cərəyan
17 Fevral 09:11

Yeni Avrasiya… Köhnə təhlükəsizlik mexanizmləri
13 Fevral 10:07

Rəsulzadə Kalvadan keçməklə Lahıca necə gedib?
10 Fevral 11:06

Fiziki sağlığın özülündə ruhsal sağlıq durur
10 Fevral 10:51

Sükut rəngində işsq - Giya Paçxataşvili – 65
10 Fevral 10:34

Azərbaycanın Gürcüstandakı ilk səfirliyi harada yerləşib?
10 Fevral 10:12
REKLAM SAHƏSİ
MANŞET XƏBƏRLƏRİ

33 il sonra azad Kəlbəcərdə Ramazan sübh azanı
12:12

Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
10:05

Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
09:37

11 ay içki içib, Ramazanda oruc tutmaq... — İslam nə deyir?
23 Fevral 23:18

Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər
23 Fevral 18:09

Ramiz Mehdiyev onların aqibətini yaşayacaq...
23 Fevral 17:55
SON XƏBƏRLƏR

Evakuatorun apardığı avtomobil sahibinə qaytarılacaq – Şərt var
12:33

İki növ pensiya almaq olar? - CAVAB
12:30

Sabahın hava proqnozu
12:29

Lətifə Orucun “SİRLİ GEDİŞLƏR”İ
12:24

Cənubi Koreyanın sabiq prezidentinə ömürlük həbs cəzası verildi
12:24

İran rəsmiləri sərvətlərini bu ölkələrə daşıyır: Görün nə qədər pul çıxarıblar
12:17

33 il sonra azad Kəlbəcərdə Ramazan sübh azanı
12:12

Mikayıloğludan Fulya haqda inanılmaz sözlər – Ara qarışdı, cavab gəldi
11:58

Marketlərdə polietilen torbalar yenidən BAHALAŞDI - FOTOFAKT
11:52

Qarabağa qayıdanlar evlərini özləri tiksin - TƏKLİF
11:44

DİL–Düşüncəmizdən gələn azad ruhumuz
11:44

Zelenski ilk dəfə bunkerini nümayiş etdirdi - VİDEO
11:27

Amal şairi - Nəbi Xəzri poeziyasında lirika və epiklik
11:09

Bazarlarda satılan düyü niyə bişmir? – AÇIQLAMA
11:05

Zelenski: Putin istəyinə çata bilmədi!
11:02

İranda etirazlar yenidən başladı: Universitet tələbələri ayağa qalxdı
10:58

Kürdlər İrana qarşı birləşdi
10:50

İranda telefonlara Trampla bağlı mesaj göndərildi: Ölkə qarışdı
10:50

Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır
10:45

İçini tanıyan - dünyanı tanıyır
10:43

FHN çərşənbələrlə bağlı əhaliyə müraciət ünvanladı
10:37

Ruhlu danışmaq - gözəl danışmaqdır
10:24

Azərbaycan-Serbiya əməkdaşlığında təhsil və elmin yeri
10:08

Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
10:05

Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil islahatı
09:48

Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
09:37

Türkologiyanın tarixində Birinci Türkoloji Qurultayın yeri
09:35

Zelenskidən ŞOK yanaşma: "...hamımız qaçmalı olacağıq"
09:30

Bu gün Novruzun ilk Su çərşənbəsidir
09:27

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi
09:21

Bu, Ukraynanı qələbə yoluna apara bilər - Zalujnı
09:20

İran xalqı üçün çox pis gün olacaq... - Tramp hədələdi
09:16
Türkçülük təliminin mahiyyəti: siyasi-ideoloji, yoxsa sosial-fəlsəfi cərəyan
09:10

Ay sonuna çatmayan maaş - İnflaysiya, yoxsa lazımsız xərcləmələr?
00:00

Fuad Oktay Azərbaycana gəlib
23 Fevral 23:42

Kişilərdə saç tökülməsinə son: Yeni vasitə hazırlandı
23 Fevral 23:37

11 ay içki içib, Ramazanda oruc tutmaq... — İslam nə deyir?
23 Fevral 23:18

Ukraynanın 10 il ərzində bərpası üçün bu qədər məbləğ lazım olacaq
23 Fevral 23:06

“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub - FOTOLAR
23 Fevral 22:40

Zelenski: “Əgər seçkilər müharibənin bitməsi üçün şərtdirsə, buyurun”
23 Fevral 21:54
Daha çox xəbər
Bütün xəbərlər
ÇOX OXUNANLAR

Ermənistanda “Seks Nazirliyi” yaratmaq təklif olundu - VİDEO
5 Fevral 15:20

Naxçıvan Muxtar Respublikası: Tarixi Dövlətçilikdən Strateji Yüksəlişə
9 Fevral 21:06

Xərçəngə qarşı şok inqilab: Yeni immunterapiya metastazları məhv etdi
26 Yanvar 00:17

12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
27 Yanvar 22:43

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...
24 Yanvar 22:14

İran geri çəkilmir, Tramp mövqeyində israrlıdır: ABŞ–İran müharibəsi başlayır? – ŞƏRH
24 Yanvar 14:09

Çində hərbi qiyam: Ordu və polis arasında döyüş...
28 Yanvar 12:23

Lavrov Türkiyə mediasında ilk müsahibəni Sevil Nuriyevaya verdi – VİDEO
29 Yanvar 14:04

Dünyanın ən "əxlaqsız" ölkələri - İlk “10-luq” - SİYAHI
27 Yanvar 10:27

“Qarabağ” “Liverpul”la oyunda tarixi anın şahidi olacaq
24 Yanvar 14:35

260 milyonluq yeyinti: Vüqar Qurbanova yazığım gəlir…
17 Fevral 13:14

Hikmət Hacıyevin adından yayılan ‘deepfake’ video saxtadır - MEDİA
27 Yanvar 12:07

“The Washington Post”: “İranın gələcəyində Azərbaycan faktoru”
24 Yanvar 15:57

Xocalı faciəsinin siması İlham Quliyev vəfat etdi
24 Yanvar 18:06

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.