AZ

"Bu müəllimlər üçün dəstək mexanizmləri mövcuddur"

Yazını böyüt
Yazını kiçilt

"İstənilən texnologiya tətbiq edilərkən onu daha tez mənimsəyən istifadəçi qrupu olur. “Rəqəmsal məktəb” platforması istifadəyə veriləndə gənc müəllimlərin sistemi daha sürətlə qavradığı müşahidə edilib".

Hafta.az xəbər verir ki, bunu açıqlamasında “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.

İdarə rəisi bildirib ki, platforma üzərindən hansı müəllimin istifadə zamanı çətinliklə qarşılaşdığını müəyyənləşdirmək mümkündür:

“Sistemin tətbiqi zamanı istifadə statistikası vasitəsilə çətinlik yaşayan müəllimləri görə və onlara operativ dəstək göstərə bilirik. “Rəqəmsal məktəb” platforması “MyGov” və SİMA kimi rəqəmsal xidmətlərdən istifadəçi sayının artmasına da müsbət təsir göstərib. Platformadan istifadədə çətinlik çəkən müəllimlər üçün müvafiq dəstək mexanizmləri mövcuddur və bu istiqamətdə işlər davam etdirilir”.

Seçilən
0
1
hafta.az

2Mənbələr