AZ

Niyə Azərbaycan hələ də kərə yağını xaricdən alır?

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda buğda və kərə yağı istehsalı hələ də idxaldan asılıdır. 2026-cı ilin yanvar ayında buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həm həcm, həm də dəyər baxımından xeyli artıb. Kərə yağında idxal həcmi azalsa da, orta qiymət yüksəlib və yerli istehsal da azalıb. Heyvandarlıqda azalmalar süd və süd məhsulları istehsalına təsir göstərir.İqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın buğda və kərə yağı kimi strateji ərzaq məhsulları üzrə idxaldan asılı qalmasının əsas səbəbi tarixi biliklərin olmaması deyil, müasir iqtisadi və struktur problemlərlə bağlıdır:“Azərbaycan ərazisi də qədim əkinçilik və heyvandarlıq mərkəzlərindən biri olub. Lakin müasir dövrdə ərzaq təhlükəsizliyi yalnız ənənəvi biliklə deyil, iqtisadi səmərəlilik, texnologiya, məhsuldarlıq və dövlət siyasəti ilə müəyyən olunur. Bu gün Azərbaycanın buğda üzrə idxaldan asılı qalmasının əsas səbəblərindən biri torpaq resurslarının məhdudluğu və məhsuldarlığın aşağı olmasıdır. Eyni zamanda 1995-ci ildə həyata keçirilmiş Torpaq islahatının düzgün həyata keçirilməməsidir. Bir Azərbaycanda çox məyusedici bir tendensiya var ki, hər nə istehsal etmək istəsək, bizdə baha başa gəlir. Yəni, bəlkədə buğda əkin sahələri mövcud olsa da, hər hektardan götürülən məhsul bir çox ixracatçı ölkələrlə müqayisədə xeyli aşağıdır. Digər tərəfdən, idxal olunan buğdanın maya dəyəri bəzən yerli istehsaldan daha ucuz başa gəlir ki, bu da idxalı iqtisadi baxımdan daha cəlbedici edir”.O deyib ki, kərə yağı və ümumiyyətlə süd məhsulları ilə bağlı vəziyyət isə birbaşa heyvandarlıq sektorunun vəziyyəti ilə bağlıdır:“Son illər ölkədə mal-qaranın sayında azalma, yem bazasının zəif inkişafı, fermerlərin maliyyə imkanlarının məhdud olması və istehsal xərclərinin artması yerli süd və süd məhsulları istehsalını azaldıb. Belə olduğu təqdirdə daxili tələbat idxal hesabına qarşılanır. Digər mühüm amil kənd təsərrüfatında sənayeləşmə səviyyəsinin yetərli olmamasıdır. Bu sahədə müstəqillik illərində dərsimizdəm "2" alırıq. İnkişaf etmiş ölkələrdə bu sahə yüksək texnologiya, seleksiya, intensiv yemləmə və dövlət subsidiyaları hesabına inkişaf edir. Azərbaycanda isə bu proses hələ tam formalaşmayıb. Əgər aqrar sektorda struktur islahatları dərinləşdirilərsə, məhsuldarlıq artırılarsa və fermerlərə real iqtisadi stimullar verilərsə, Azərbaycan orta və uzun müddətli perspektivdə buğda və süd məhsulları üzrə idxaldan asılılığını əhəmiyyətli dərəcədə azalda bilər”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
demokrat.az

1Mənbələr