AZ

Azad edilmiş ərazilərdə sənaye parklarının fəaliyyəti genişlənir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İşğaldan azad olunmuş ərazilərdə yaradılan sənaye parklarında istehsal və satış göstəriciləri artım dinamikası nümayiş etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov Bakı Biznes Mərkəzində keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, hazırda azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Onlardan biri Ağdam şəhərində yerləşən Ağdam Sənaye Parkı, digəri isə Cəbrayıl rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıdır.

Seymur Adıgözəlov qeyd edib ki, 2024-cü ildə bu sənaye parklarında ümumi satış həcmi 22,3 milyon manat təşkil edib. 2025-ci ildə isə satış göstəricisi əhəmiyyətli dərəcədə artaraq 1 milyard 393 milyon manata çatıb.

Sədr əlavə edib ki, 2025-ci ildə parklar üzrə ixracın həcmi 62,3 milyon manat olub. Bu dinamika azad edilmiş ərazilərdə iqtisadi aktivliyin genişləndiyini göstərir.

Vurğulanıb ki, qarşıdakı dövrdə bu ərazilərdə sənaye fəaliyyətinin daha da intensivləşdirilməsi, yeni rezidentlərin cəlbi və istehsal gücünün artırılması nəzərdə tutulur.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
bakivaxti.az

3Mənbələr