AZ

Nazirlik rəsmisi: Süni intellektin tədrisdə istifadəsi ilə bağlı bir sıra addımlar atılıb

BAKI, 24 fevral. TELEQRAF

“Süni intellekt dünyada aydınlaşdırma mərhələsindədir. Ondan birmənalı olaraq istifadə olunmalıdır. Amma ondan necə istifadə olunmalıdır? Bu istiqamətdə müzakirələrimiz davam edir”.

Teleqraf xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması”na dair mətbuat konfransında deyib.

O bildirib ki, süni intellektin tədrisdə istifadəsi ilə bağlı bir sıra addımlar atılıb:

“Öncə müəllimlərdən başladıq. Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində müəllimlər üçün təlimlər keçirilib. Məqsəd müəllimlərin bu alətləri öz dərs prosesinə uyğun şəkildə özününküləşdirməsidir. Eyni zamanda, süni intellektin xeyri və ziyanı barədə müzakirələr aparılır”.

Seçilən
14
teleqraf.com

1Mənbələr