AZ

Azərbaycanda 300 manata qədər uşaq QİDALARI KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Körpə qidalarının qiyməti valideynləri ciddi narahat edir. Xüsusilə süni qidalanan uşaqlar üçün aylıq xərclər bəzi ailələrdə yüzlərlə manata çatır.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, valideynlərin sözlərinə görə, uşaq qidalarının qiyməti demək olar ki, hər 2-3 aydan bir artır.

Əczaçılar bildirir ki, hazırda satışda olan əsas brendlər Avropa, Türkiyə və Rusiyadan idxal olunur. Yerli istehsal isə yoxdur. Qiymətlər isə tərkibindən və brendindən asılı olaraq 10 manatdan 300 manatadək dəyişir. Qeyd olunub ki, ən çox tələbat olan qidalar əsasən 15-45 manat aralığındadır.

Pediatr Afət İbrahimli vurğulayıb ki, körpələr üçün ən ideal qida ana südüdür. Süni qida seçərkən isə qiymətdən çox məhsulun tərkibinə diqqət yetirilməlidir. Xüsusilə gizli şəkərin olmaması və qidanın uşağın yaşına uyğunluğu əsas meyar hesab edilir. Dadlandırıcı, rəngləndirici və aromatizatorların çoxluğu isə məhsulun keyfiyyətini aşağı sala bilər.

İqtisadçı Xalid Kərimli hesab edir ki, bazarda yerli istehsalın olmaması qiymətlərin yüksək qalmasının əsas səbəblərindən biridir. Yerli müəssisələrin yaradılması qiymətlərin optimallaşmasına kömək edə bilər. Lakin bunun üçün təkcə zavod tikilməsi deyil, həm də böyük istehsal həcmi tələb olunur ki, maya dəyəri aşağı düşsün.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda illik istehsal həcmi 400 ton olacaq uşaq qidası fabrikinin tikilməsi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
konkret.az

5Mənbələr