AZ

Şəhidimizin atası vəfat etdi - FOTO

Fevralın 23-də Nehrəm qəsəbəsində şəhid Orucəli Həmzəyevin atası, 1958-ci il təvəllüdlü Nağı Orucəli oğlu Həmzəyev vəfat edib.

Milli.Az xəbər verir ki, mərhum ata səhər Nehrəm qəsəbə qəbristanlığında dəfn olunacaq. Yas mərasimi fevralın 25-i saat 09:00-dan 18:00-dək Nehrəm qəsəbə mərasim evində (rəhmətliyi Hacı Əbülfəz M. həyəti) keçiriləcək.

Xatırladaq ki, Orucəli Həmzəyev 31 dekabr 1983-cü ildə Naxçıvan MR, Babək rayon, Nehrəm kəndində anadan olub. 12 yanvar 2001-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və 14 may 2002-ci ildə Şahbuz rayonunun "Qanlı göl" postunda xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub.

Allah rəhmət eləsin.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
1
1
milli.az

2Mənbələr