AZ

Argentinada maliyyə qalmaqalına görə futbol oyunları dayandırılıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 fevral, AZƏRTAC

Argentinada futbol üzrə çempionat oyunları ölkə futbol assosiasiyasına qarşı irəli sürülən maliyyə pozuntuları ittihamlarına görə təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 5–8 mart tarixlərində Argentinada peşəkar futbol üzrə bütün fəaliyyət dayandırılacaq.

Xatırladaq ki, daha əvvəl ölkənin Gömrük və Nəzarət Agentliyi (ARCA) AFA-nı vergi öhdəlikləri üzrə borcları ödəməməkdə ittiham edib.

AFA isə açıqlamasında qeyd edib ki, qurum yaranmış borcu əvvəlcədən ödəyib və bütün öhdəliklərini yerinə yetirib. Məsələ ilə bağlı məhkəməyə də müraciət olunduğu bildirilib. Agentlik isə hazırda sözügedən borcun geri qaytarılmadığını bəyan edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
azertag.az

3Mənbələr