BAKI, 24 fevral. TELEQRAF
“Bu gün Vladimir Putinin “Kiyevi üç günə ələ keçirməsindən” dörd il ötür”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin dördüncü ildönümü münasibətilə xalqa müraciətində deyib.
“Bu gün Putinin Kiyevi “üç günə ələ keçirməsindən” düz dörd il ötür. Əslində, bu, bizim müqavimətimiz və Ukraynanın bu müddətdə necə mübarizə apardığı haqqında çox şey söyləyir. Bu sözlərin arxasında milyonlarla insanımız dayanır. Bu sözlərin arxasında böyük cəsarət, çox zəhmət, dözümlülük və Ukraynanın 24 fevraldan bəri keçdiyi uzun yol dayanır”, - Zelenski bildirib.